Tubadan ciddi qayda pozuntusu

Cüməaxşamı Türkiyədə baş rollarına Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün çəkildiyi "Cesur ve Güzel" serialının ilk seriyası yayımlanıb.

Serialın heyəti ekran işi yayımlanan zaman TV qarşısına keçərək "Cesur ve Güzel"i izləyiblər. Onlar serialın ilk hissəsini izlədikdən sonra birlikdə yemək yeyərək selfilər çəkdiriblər.

Məşhur aktrisa Tuba məkandan çıxarkən yolda paparassilərə hədəf olub. Jurnalistləri görən aktrisa sürücüsünə "sür", - deyərək 4 dəfə qırmızı işıqdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31