Moskva – Bakı təyyarəsi gecikir Çovğun var

Çovğun səbəbindən Moskva-Bakı aviareysində gecikmə baş verib.

AZƏRTAC- xəbər verir ki, Moskva-Bakı istiqamətində "Boeing 737-500" təyyarəsi ilə saat 11:00-da həyata keçirilməli olan "P2 745" saylı aviareys gecikir. Təyyarə Bakıya saat 14:00-da çatmalı idi.

Qeyd edək ki, çovğun hava şəraiti ilə əlaqədar "Şeremetyevo" hava limanında 21 reys gecikir, 86 reys təxirə salınıb. "Domodedovo"da isə 20 reys gecikir, 13 reys təxirə salınıb. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31