"Təhsil və Mədəniyyət" dərnəyinə polis basqını 6 əcnəbi saxlanıldı

Türkiyədə polislər "Təhsil, Mədəniyyət və Sosial Yardımlaşma Dərnəyi" adı altında fəaliyyət göstərən pavilyona basqın ediblər.

Əməliyyat zamanı 6 nəfər əcnəbi qadın saxlanılıb. Həmçinin dərnəyin çardağından 3 tüfəng və 1 ədəd qeydiyyatsız tapança tapılıb.

Qeyd edək ki, tutulan qadınlar Ukrayna, Gürcüstan və Qırğızıstan vətəndaşlarıdırlar. Onlar əməliyyat bitdikdən sonra deportasiya ediləcəklər. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31