BMT: İŞİD tərəfdarları Mosulda kimyəvi silahdan istifadə edirlər

İŞİD terror qruplaşmasının tərəfdarları Mosulda və şəhər ətrafında kükürd yandırır və onun tüstüsündən kimyəvi silah kimi istifadə edirlər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad əl-Hüseynin yaydığı bəyanatda deyilir.

İŞİD terror qruplaşmasının tərəfdarları Mosulda və şəhər ətrafında kükürd yandırır və onun tüstüsündən kimyəvi silah kimi istifadə edirlər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad əl-Hüseynin yaydığı bəyanatda deyilir.

Əl-Hüseynin sözlərinə görə, bu il oktyabrın 23-də Mosulun cənubunda yerləşən "Əl-Mişrage" zavodu İŞİD tərəfindən atəşə tutulub, yandırıldıqdan sonra kükürdün tüstüsünün tənəffüs orqanlarına daxil olmasınagörə dörd nəfər ölüb. Oktyabrın 26-da isə eyni diaqnozla iki aylıq körpə boğulub.

Ali Komissar bildirib ki, İŞİD-in böyük miqdarda ammonyak və kükürd topladığı və onları mülki əhalinin yaşadığı məkanlarda saxlaması barədə məlumat əldə ediblər.

Əl-Hüseyn İraq hökumətinə xatırladıb ki, onlar Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək və ya İraq məhkəmələrinə beynəlxalq cinayətləri araşdırmaq icazəsi verməklə ədaləti təmin edə bilərlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31