Qarnı ağrıyan 14 yaşlı qız 6 aylıq hamilə çıxdı
Şanlıurfada 8-ci sinif şagirdinin sağlığında yaranan problem hər kəsi şoka salıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, ailəsi tərəfindən şiddətli qarın ağrısı şikayətiylə Suruç Dövlət Xəstəxanasına aparılan 8-ci sinif şagirdi M.G.-nin 6 ay yarımlıq hamilə olduğu məlum olub.
11 Noyabr 2016 16:35 DünyaŞanlıurfada 8-ci sinif şagirdinin sağlığında yaranan problem hər kəsi şoka salıb.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, ailəsi tərəfindən şiddətli qarın ağrısı şikayətiylə Suruç Dövlət Xəstəxanasına aparılan 8-ci sinif şagirdi M.G.-nin 6 ay yarımlıq hamilə olduğu məlum olub.
Kiçik qızı müayinə edən həkimin vəziyyətlə bağlı polisə xəbər verməsindən sonra aidiyyəti qurumlar hərəkətə keçiblər.
Polis tərəfindən ifadəsi alınan M.G., qonşusu S.U.-nun müxtəlif vaxtlarda ona təcavüz etdiyini etiraf edib.
Polis istintaqa başlayıb. Olaylar.az