Tramp Yaxın Şərqdən geri çəkiləcək… – İsrail mediası
ABŞ-ın yeni prezidenti Donald Tramp seçkiqabağı kampaniya zamanı İsrailə verdiyi vədləri yerinə yetirməyəcək.
11 Noyabr 2016 16:17 DünyaABŞ-ın yeni prezidenti Donald Tramp seçkiqabağı kampaniya zamanı İsrailə verdiyi vədləri yerinə yetirməyəcək.
Axar.az xəbər verir ki, bu barədə "Haartz" qəzetində nəşr olunan analizdə qeyd olunub.
"Trampın İsrail-Fələstin məsələsində qətiyyətli mövqe ortaya qoyacağı gözlənilmir. O, bir tərəfdən yəhudi yaşayış məntəqələrinin inşasına dəstək verir, ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyini deyir, digər tərəfdən İsrail-Fələstin münaqişəsinin regional problem olduğunu, məsələnin iki dövlət arasında həll ediləcəyini açıqlayır.
Tramp Yaxın Şərqi investisiya qoyulacaq bir region olaraq görmür. O, ABŞ-ın bölgəyə müdaxiləsini belə azaldacaq. Ancaq İraqın Mosul və Suriyanın Rakka şəhərlərində İŞİD-ə qarşı mübarizəni davam etdirəcək", - yazıda bildirilib. Olaylar.az