Əfqanıstanda “Taliban”ın 7 komandiri zərərsizləşdirilib
Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində terrorçu “Taliban” qruplaşmasının 7 dəstəbaşçısı zərərsizləşdirilib.
8 Noyabr 2016 13:03 DünyaƏfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində terrorçu "Taliban" qruplaşmasının 7 dəstəbaşçısı zərərsizləşdirilib.
"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərdə bildirilib ki, onların arasında "Taliban"ın Molla ağa Məhəmməd, yaxud Molla Məşər adı ilə tanınan regional lideri də var.
Hələlik terrorçu qruplaşma məsələyə münasibət bildirməyib. Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31