Bred Pitt hamını çaş-baş salıb
Bred Pitt boşanma ərəfəsində olduğu üçün bir çox layihələrindən imtina edib. Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, o, bu yaxınlarda baş rolda çəkildiyi "Müttəfiqlər" filmin təqdimatına getməyi və mediaya çıxmağı da düşünmür.
7 Noyabr 2016 18:33 DünyaBred Pitt boşanma ərəfəsində olduğu üçün bir çox layihələrindən imtina edib.
Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, o, bu yaxınlarda baş rolda çəkildiyi "Müttəfiqlər" filmin təqdimatına getməyi və mediaya çıxmağı da düşünmür.
"Aktyor "Oskar" almağına səbəb ola biləcək filmin təqdimatından da imtina edib. Bredin bu hərəkətindən bütün heyət heyrətlənib. Bundan başqa, Hollivud ulduzu filmdəki tərəf müqabili Merion Kotiyar ilə çıxmalı olduğu verilişlərdən də imtina edib. Prodüserlər və jurnalistlər çaşqınlıq içindədirlər", - deyə aktyora yaxın mənbə bildirib.
Məlumata görə, B.Pitt öz ailəsi haqqında jurnalistlərə məlumat vermək istəmir. O, bilir ki, ona ünvanlanan ilk sual Ancelina Coli ilə bağlı olacaq.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı ildə dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. 2008-ci ildə isə onların əkiz uşaqları dünyaya göz açıb: oğlan və qız. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir.
Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.