"Atam pedofil olmayıb" -  Maykl Ceksonun oğlu

Dünya şöhrətli Maykl Ceksonun oğlu Peris atasının ölümündən sonra ilk dəfə müsahibə verib.

Dünya şöhrətli Maykl Ceksonun oğlu Peris atasının ölümündən sonra ilk dəfə müsahibə verib.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, prodüser və rejissor kimi çalışan 19 yaşlı Peris atası ilə bağlı xatirələrini bölüşüb. O deyib ki, uşaq olanda atasının nə qədər məşhur olduğunu anlamayıb. 

"Biz həmişə konsertlərə gedəndə atamız üzümüzə maska taxardı və deyərdi ki, belə bizə sərbəst olmaq üçün daha yaxşı olacaq. Mən bunun nə demək olduğunu anlamırdım, o ana qədər ki, Disneylənddə bir dəfə topa şəklində insanlar mənə yaxınlaşdı və mənimlə şəkil çəkdirdi. Sonradan öyrəndim ki, onlar atamın fanatlarıdır və onlardan bəzilərinin atamı gördükdən sonra bayılması Maykl Ceksonun əslində insanların həyatında nə qədər mühüm yer tutmasını mənə sübut etdi", - deyə gənc bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31