"İran ABŞ-la Suriya üzrə danışıqlar aparmayacaq"

İranın ali lideri Ayətullah Əli Xameneyi Suriya böhranı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə hər hansı danışığın mümkün olmadığını bəyan edib.

İranın ali lideri Ayətullah Əli Xameneyi Suriya böhranı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə hər hansı danışığın mümkün olmadığını bəyan edib.

Trend-in məlumatına görə, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü ərəfəsində tələbələr qarşısında çıxış edən Xameneyi Birləşmiş Ştatların xüsusilə nüvə sazişindən sonra etibarsız tərəfdaş olduğunu deyib.

Suriya böhranı ilə bağlı danışan Ə.Xameneyi ABŞ-la danışıqların regionda daha çox problemlərə səbəb olacağını ifadə edib.

Xameneyi deyib: "ABŞ-ın məqsədi İranın inkişafının qarşısını almaqdır. Onlarla danışıqlar bölgədə problemi həll etməyəcək, əksinə yenilərini yaradacaq". Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31