Gürcüstanda zəlzələ baş verib
Gürcüstanın Oni şəhəri yaxınlığında, Raça-Leçxumi və Kvemo Svaneti regionunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.
2 Noyabr 2016 18:53 DünyaGürcüstanın Oni şəhəri yaxınlığında, Raça-Leçxumi və Kvemo Svaneti regionunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə İlya Dövlət Universitetinin Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Episentr Oni şəhərindən 4 km şərqdə yerləşən Psori kəndi ərazisinə təsadüf edib və 10 km dərində olub. Dağıntı və tələfat yoxdur. Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31