Tibbdə inqilab - Görmə problemi tarix olur
ABŞ-ın elm adamları 7 ildir görməyən xəstənin beyninə kiçik mini cihaz yerləşdirərək, onun yenidən görməsini təmin ediblər.
1 Noyabr 2016 19:09 DünyaABŞ-ın elm adamları 7 ildir görməyən xəstənin beyninə kiçik mini cihaz yerləşdirərək, onun yenidən görməsini təmin ediblər.
ATV.az-ın məlumatına görə, 30 yaşındakı xanımın gözlərində aparılan araşdırmalar zamanı məlum olub ki, cihaz görməklə bağlı beyinə siqnallar göndərir. Bildirilir ki, siqnallar beyinə çatanda xəstə müxtəlif işıqlar və rənglər görür.
Doktorlar indi beyinə kiçik kamera yerləşdirməyi və beləliklə dünyanın ilk bioloji gözünü yaratmağı planlaşdırır. Alimlərin bu kəşfi dünya miqyasına böyük maraqla qarşılanıb. Yeni texnologiya görmə qabiliyyətini itirənlər üçün ümid mənbəyi olub. Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31