Rusiya prezidenti ABŞ ilə sazişə xitam verib

Prezident Vladimir Putin Rusiya və ABŞ arasında plutoniumun utilizasiyası barədə sazişin dayandırılması haqqında federal qanun imzalayıb.

Prezident Vladimir Putin Rusiya və ABŞ arasında plutoniumun utilizasiyası barədə sazişin dayandırılması haqqında federal qanun imzalayıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya interner portalında dərc edilib.

Putin 4 generalı vəzifəsindən azad etdi

"Vəziyyətin kökündən dəyişməsi, ABŞ-ın Rusiyaya qarşı dostcasına olmayan hərəkətləri nəticəsində strateji sabitliyin təhlükə altına düşməsi ilə əlaqədar sazişin qüvvədə olması dayandırılsın" - qanunun mətnində deyilir.

Sənəddə həmçinin sazişin ABŞ tərəfinin silah plutoniumunun utilizasiyası üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə dayandırıldığı bildirilib.

Qeyd edək ki, sənəd oktyabrın 19-da Dövlət Duması tərəfindən qəbul edilib və oktyabrın 26-da Federasiya Şurası tərəfindən təsdiqlənib. Qanun oktyabrın 31-də imzalanıb və dərc edildiyi gündən qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31