Romada məktəblər bağlandı
İtaliyanın paytaxtı Roma şəhərində məktəblər oktyabrın 31-də bağlanıb. Olaylar.az report-a istinadən bildirir ki, bununla bağlı şəhər meri Virciniya Raci qərar qəbul edib.
31 Oktyabr 2016 17:19 Dünyaİtaliyanın paytaxtı Roma şəhərində məktəblər oktyabrın 31-də bağlanıb.
Olaylar.az report-a istinadən bildirir ki, bununla bağlı şəhər meri Virciniya Raci qərar qəbul edib.
"Roma şəhər administrasiyası zəlzələnin vurduğu ziyanı araşdırmaq məqsədilə bütün təhsil müəssisələrində texniki yoxlama aparır", - V.Raci "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Məlumata görə, bir müddət əvvəl təbii fəlakət nəticəsində bir sıra tikililərə, o cümlədən tarixi binalara ziyan dəymişdi. Şəhər hökuməti metronu da bağlamışdı, ancaq bir müddət sonra onun hərəkəti bərpa olunub.