2 avtomobil 20 dəqiqə fərqlə eyni dərəyə aşdı: 3 ölü, 8 yaralı

Türkiyədə eyni ərazidə çox keçmədən ikinci dəhşətli qəza baş verib. Olaylar.az Milliyet-ə istinadən bildirir ki, Kastamonuda, yol işığı olmayan qovşaqda 20 dəqiqə fərqlə idarəetmədən çıxan 2 avtomobil dərəyə aşıb. Dərəyə uçan birinci avtomobildə 3 adam ölüb, 3 nəfər isə yaralanıb. Digər avtomobildə isə 5 yaralı var.

Türkiyədə eyni ərazidə çox keçmədən ikinci dəhşətli qəza baş verib.

Olaylar.az Milliyet-ə istinadən bildirir ki, Kastamonuda, yol işığı olmayan qovşaqda 20 dəqiqə fərqlə idarəetmədən çıxan 2 avtomobil dərəyə aşıb. Dərəyə uçan birinci avtomobildə 3 adam ölüb, 3 nəfər isə yaralanıb. Digər avtomobildə isə 5 yaralı var.

İlk qəzadan sonra hadisə yerinə gələn xilasetmə qrupları qəzanın fəsadlarını aradan qaldırarkən ikinci qəza baş verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31