Yerevanda məhkəmə hakimi rüşvət alarkən tutulub

Yerevan rayonlarından birinin məhkəmə hakimi Şenqavit İşxan Barseqyan rüşvət alarkən tutulub. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

Yerevan rayonlarından birinin məhkəmə hakimi Şenqavit İşxan Barseqyan rüşvət alarkən tutulub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

Məlumata görə, şəhərin piyada keçidlərindən birində 1 000 dollar həcmində rüşvət ona verilərkən tutulub. Əməliyyat MTX əməkdaşlarının müşahidəsi altında keçirilib.

Xəbərdə bildirilib ki, faktla bağlı cinayət işi Ermənistanın Baş Prokurorluğuna təqdim olunub. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31