Sərksiyan: "Bu, Serjin ömrünü uzatmaq üçündür"
Ermənistanın yeni hökuməti Serj Sərkisyanın növbəti blefidir.
28 Oktyabr 2016 11:32 DünyaErmənistanın yeni hökuməti Serj Sərkisyanın növbəti blefidir.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan mətbuatına açıqlamasında ölkənin keçmiş baş naziri Aram Sərkisyan söyləyib. Onun sözlərinə görə, yeni hökumət, sadəcə, Serj Sərkisyanın avtoritar hakimiyyətinin ömrünü uzatmaq üçün nəzərdə tutulub:
"Hökumət anlayır ki, o, heç vaxt xalqın dəstəyindən yararlana bilməyəcək. Onlar hətta xaricdən də dəstəyi itirirlər. Avrasiya İttifaqında heç kim Sərkisyanla hesablaşmır və o məcburdur ki, ABŞ-a qaçıb, pul xahiş etsin. Bunu isə artıq neçənci dəfədir ki, antiamerika qətnamələrinə dəstək verəndən sonra edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31