Milyarder sevgilisi müğənnini atdı - toy olmayacaq
Müğənni Meray Kerrinin avstraliyalı milyarder Ceyms Parkerlə yolları ayrılıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 48 yaşlı biznesmen müğənninin onun arzularının qadını ola bilməyəcəyini anlayıb və Merayı atıb.
27 Oktyabr 2016 19:28 DünyaMüğənni Meray Kerrinin avstraliyalı milyarder Ceyms Parkerlə yolları ayrılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 48 yaşlı biznesmen müğənninin onun arzularının qadını ola bilməyəcəyini anlayıb və Merayı atıb.
Təəccüblüdür ki, onlar arasında maliyyə problemlərinin olduğu da deyilir. Belə ki, Meray çox bədxərc olduğu üçün milyarder onunla münasibətinə davam etmək istəməyib.
Digərləri isə ayrılığa səbəb kimi Ceymsin ciddi həyat tərzini göstərir. O, müğənni sevgilisinin media qarşısına çox çıxmasından narahat imiş.
Artıq gələn il üçün nəzərdə tutulmuş toy isə ləğv edilib. Olaylar.az