Rusiya: “Bütün kimyəvi silahlar məhv ediləcək”

Rusiya 2017-ci ilin sonuna qədər bütün kimyəvi silahları məhv etməyi planlaşdırır. Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Kimyəvi silahların təhlükəsizliyi və məhv edilməsi üzrə Federal Xidmətin rəhbəri Valeri Kapaşin deyib.

Rusiya 2017-ci ilin sonuna qədər bütün kimyəvi silahları məhv etməyi planlaşdırır.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Kimyəvi silahların təhlükəsizliyi və məhv edilməsi üzrə Federal Xidmətin rəhbəri Valeri Kapaşin deyib.
 
Onun sözlərinə görə, bununla bağlı müvafiq qərar verilib və gələn ilin sonuna qədər proses yekunlaşacaq.
 
Xatırladaq ki, Rusiya 1997-ci ildə BMT-nin Kimyəvi Silahlar Konvensiyasına qoşulub və Sovet dövründən qalma bütün kimyəvi silahların məhv edilməsinə başlanılıb. 1990-cı illərdə 39.967 ton kimyəvi silah olduğunu açıqlayan Moskva indiyə qədər bu silahların 90 faizini məhv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31