Suriyada məktəb hava hücumuna məruz qalıb, 22 şagird, 6 müəllim ölüb

Suriyanın İdlib şəhərinə endirilən hava zərbələri nəticəsində 22 məktəbli, 6 müəllim ölüb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-in (BMT-nin Uşaq Fondu) icraçı direktoru Entoni Leyk bildirib.

Suriyanın İdlib şəhərinə endirilən hava zərbələri nəticəsində 22 məktəbli, 6 müəllim ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-in (BMT-nin Uşaq Fondu) icraçı direktoru Entoni Leyk bildirib.

"Əldə etdiyimiz məlumata əsasən, İdlib şəhərində yerləşən məktəb bir neçə dəfə  hava hücumuna məruz qalıb. Nəticədə 22 şagird və 6 müəllim həyatını itirib", deyə E.Leyk qeyd edib.

Hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil. BMT-nin hesablamalarına görə, 2011-ci ildən etibarən Suriyada silahlı qarşıdurma nəticəsində 220 mindən çox insan həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31