Məşhur türk aktyoru saxlanıldı
Türkiyənin məşhur aktyoru İlyas Salman polis tərəfindən saxlanılıb.
25 Oktyabr 2016 19:22 DünyaTürkiyənin məşhur aktyoru İlyas Salman polis tərəfindən saxlanılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor çəkildiyi "Qatardakı sərnişin" ("Trendeki Yolcu") filminin təqdimatı keçirilən oteldə qadağan olunmasına rəğmən spirtli içki içib. Bundan sonra dava saldığı deyilən aktyora mühafizəçilər tərəfindən xəbərdarlıq edilib.
Otəl rəhbərliyinin şikayətindən sonra İ.Salman polis bölməsinə aparılıb və ifadəsi alınıb. Filmin rejissoru Hamit Şahin də aktyorla polis şöbəsinə gedərək danışıq aparıb. Həkim müayinəsindən sonra aktyor sərbəst buraxılıb. Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31