Özcan Deniz, Aslı Enver və Məryəm Uzerli eyni layihədə

Baş rolunu Nurgül Yeşilçayla paylaşdığı "İkinci şans" filminin təqdimatına hazırlaşan Özcan Denizin qarşıda yeni layihələri də var.

Baş rolunu Nurgül Yeşilçayla paylaşdığı "İkinci şans" filminin təqdimatına hazırlaşan Özcan Denizin qarşıda yeni layihələri də var.

Olaylar.az axşam.az-a istinadən bildirir ki, o, gələn il "İstanbullu gəlin" adlı serialla Star TV-də görünəcək. Müğənni və aktyorluqdan başqa, özünü rejissorluqda sınayan Ö.Deniz daha bir filminin də hazırlıqlarına başlayıb.

Sənətçinin qorxu və triller janrında olacaq filmi üçün Aslı Enver və Məryəm Uzerli ilə müqavilə bağladığı deyilir. Özcan layihənin detalları haqqında danışmayaraq: "Daha öncə çəkilməmiş bir şey edəcəyik", - deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31