İraq Türkiyənin Mosul əməliyyatında iştirakını YALANLADI
Türkiyə ordusu Mosulun azad olunması əməliyyatında iştirak etmir. Olaylar.az modern.az-a istinadən bildirir ki, bu barədə Frans Press agentliyi yerli komandanlığa istinadən məlumat verib.
24 Oktyabr 2016 13:04 DünyaTürkiyə ordusu Mosulun azad olunması əməliyyatında iştirak etmir.
Olaylar.az modern.az-a istinadən bildirir ki, bu barədə Frans Press agentliyi yerli komandanlığa istinadən məlumat verib.
"Komandanlıq Naynava vilayətinin və onun paytaxtı Mosulun azad olunmasında Türkiyənin hər hansı iştirakını təkzib edir".
Qeyd edək ki, Türkiyə baş naziri Binəli Yıldırım Mosul əməliyyatı çərçivəsində Türkiyə artilleriyasının və tanklarının kürd peşmərgələrinə dəstək verdiyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31