Dubayda robot-polis fəaliyyətə başlayacaq
2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ilk robot-polis işə başlayacaq. İKT.lent.az-ın “Arabian Business” saytına istinadən verdiyi xəbərə görə, bunu şəhərin polis idarəsindən bildiriblər.
18 Oktyabr 2016 20:15 Dünya2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ilk robot-polis işə başlayacaq.
İKT.lent.az-ın "Arabian Business" saytına istinadən verdiyi xəbərə görə, bunu şəhərin polis idarəsindən bildiriblər.
Qarşıdakı 4 ildə ərzində robot-polislərdən kütləvi şəkildə istifadə edilməsi nəzərdə tutulub. "Robotlar müəyyən situasiyalarda əsl insan kimi polis funksiyalarını yerinə yetirə bilər", - deyə Dubay polis idarəsinin polkovniki Xalid Razuki bildirib.
Qeyd edək ki, ötən il Dubay polisi "Google Glass"dan istifadə etməyə başlayıb. Bunun sayəsində patrul polisləri yollarda qayda pozucularını asanlıqla müəyyən edir.