“Facebook Messenger”də yeni funksiya yaradıldı

“Facebook” sosial şəbəkəsi öz “Messenger” əlavəsinə trafikin qənaəti funksiyasını əlavə edib.

"Facebook" sosial şəbəkəsi öz "Messenger" əlavəsinə trafikin qənaəti funksiyasını əlavə edib.

İKT.lent.az-ın "hi-tech.ua" resursuna istinadən məlumatına əsasən bildirir ki, bu yenilik istifadəşiyə Wi-Fi şəbəkəsindən kənar trafikin istifadəsini azaltmağa kömək edəcək.

Xüsusilə funksiya aktivləşdikdən sonra "Messenger" şəkil və videoları göstərməyəcək və onlara baxmaq üçün əlavə olaraq üstünə basmaq lazım gələcək.

Nəşr qeyd edir ki, bununla da əlavə bu günə qədər olduğu kimi, onları avtomatik olaraq yükləməyəcək. Hazırda funksiya sınaq rejimi mərhələsindədir və bir qədər sonra bütün istifadəçilərin istifadəsinə veriləcək.

Xatırladaq ki, "Facebook Messenger" əlavəsinin auditoriyası 1 milyard nəfər qədər artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31