Hülya Avşar həyatındakı iki kişini sildi
Hülya Avşarın dekabrda tamaşaçılara təqdim etməyə hazırlaşdığı "Selfi" filmi ilə bağlı maraqlı məqam açıqlanıb.
18 Oktyabr 2016 19:05 DünyaHülya Avşarın dekabrda tamaşaçılara təqdim etməyə hazırlaşdığı "Selfi" filmi ilə bağlı maraqlı məqam açıqlanıb.
Türkiyə mətbuatının məlumatına görə, öz yaşadıqları haqqında film çəkən aktrisa həyatındakı kişiləri də ssenariyə daxil edib. Lakin o, son anda iki məşhur kişini ssenaridən çıxarıb.
Bunlardan biri Hülyanın 1989-cu ildə sevgi yaşadığı keçmiş futbolçu Tanju Çolak, digəri isə az qala nikah masasına oturacağı futbol məşqçisi Sadettin Sarandır. Sənətçi bu qərarını belə açıqlayıb:
"Film haqqında pis reklam olar. Hər kəs o adlar haqda danışacaq və filmim kölgədə qalacaq". Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31