Şok kadrlar: polis 13 yaşlı qızı sürüdü - VİDEO
"Sən sakit olacaqsan?! Kəs səsini, qancıq!" Bunu deyən polis 13 yaşlı məktəbli qızı yerə yıxıb, sonra sürüyüb, axırda da saçından dartaraq qaldırıb. Onun biləklərinə qandal vuran polis məktəbli qızı xidməti avtomobilə mindirərək polis idarəsinə aparıb.
18 Oktyabr 2016 12:41 Dünya"Sən sakit olacaqsan?! Kəs səsini, qancıq!"
Bunu deyən polis 13 yaşlı məktəbli qızı yerə yıxıb, sonra sürüyüb, axırda da saçından dartaraq qaldırıb. Onun biləklərinə qandal vuran polis məktəbli qızı xidməti avtomobilə mindirərək polis idarəsinə aparıb.
Milli.Az The Sun-a istinadən bildirir ki, Britaniyada çox böyük qalmaqala səbəb olmuş olay Londonun şərqində yerləşən "Wapping High School"un qarşısında baş verib.
Məktəbdə şagirdlərin arasında mübahisə yaranması xəbərini alan polis hadisə yerinə yollanıb. Burada polislər 7 məktəbliyə qarşı zor tətbiq ediblər, onları döyüblər.
13 yaşlı Ketlin Merfi Kinqi isə saçından tutaraq sürüyüblər.
Hadisəni Ketlinin əkiz bacısı smartfonla çəkib.
Ketlinin nənəsi, 51 yaşlı Coan Uittaker polisdən şikayətlənib.
"Həmin məktəbdə oxuyan 16 yaşlı oğlan qızımı şillə ilə vurub. Qızım da ağlayanda onun sinif yoldaşları Ketlinin müdafiəsinə qalxıblar. Uşaqların dartışmasına polisin belə vəhşiliklə, qəddarlıqla müdaxiləsinə nə ad vermək olar?!", - Uittaker söyləyib.