Əri boşanmamaq üçün yalvarır, Demet isə 10 milyon tələb edir
Model Demet Şenerin basketbolçu İbrahim Kutluaydan boşanma qərarı medianın gündəmindədir.
17 Oktyabr 2016 19:20 DünyaModel Demet Şenerin basketbolçu İbrahim Kutluaydan boşanma qərarı medianın gündəmindədir.
Türkiyə mətbuatının məlumatına görə, İbrahim boşanmamaq üçün hər yola əl atır. Ərindən 10 milyon lirə tələb edən Demet isə qərarında qətidir. İbrahim Demetin ondan ayrı yaşadığı evinə gedərək "Bir daha olmayacaq, sənə yalvarıram" deyib.
İ.Kutluay bunun arxasıyca məhkəməyə ərizə verərək "Boşanmırıq" deyib. 11 illik ailəsinin xəyanətə görə dağılmasını istəməyən idmançı hətta boşanma xəbərlərinin də yalan olduğunu, hər şeyin yoluna düşdüyünü iddia edib. O, məhkəməyə ərizəsində həyat yoldaşı və uşaqlarının bu xəbərlərdən çox zərər çəkdiyini deyərək sosial media və mətbuatda yayılan xəbərlərin dayandırılmasını tələb edib.
Məhkəmə onun bu qərarını rədd edib. Çünki Demet ondan əvvəl verdiyi boşanma ərizəsini hələ geri götürməyib. Axşam.az