Türk aparıcı özünü biabır etdi - VİDEO

Bu gün səhər Türkiyə mətbuatında məşhur aktrisa Beren Saatın çəkiləcəyi yeni serialının adı yayılıb. 

Bu gün səhər Türkiyə mətbuatında məşhur aktrisa Beren Saatın çəkiləcəyi yeni serialının adı yayılıb. 

Milli.Az "Sözcü"yə istinadla bildirir ki, aktrisa "Ay Yapım"ın yeni serialı "Kürk Mantolu Madonna" ilə ekranlara qayıdır. 

"Kürk Mantolu Madonna" Sabahattin Alinin əsəridir.

Qeyd edək ki, bu gün Türkiyənin TV8 kanalında "Aramızda Kalmasın" verilişində bu mövzunun müzakirəsi zamanı aparıcı Funda Özkalyoncuoğlukitabdakı Madonnanı məşhur müğənni Madonna zənn edib. Aparıcının savadsızlığı geniş-müzakirə olunub. Həmin anların çəkildiyi kadrlar qısa zamanda sosial şəbəkələrdə yayılaraq tənqid edilib.

Milli.Az sözegedən görüntüləri təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31