Maşını qadağan olunmuş yerdə park edənlərə QƏRİBƏ CƏZA
Amerikada maşınını qadağan olunmuş ərazidə park edən sürücülərə qəribə cəza üsulu tətbiq ediləcək.
17 Oktyabr 2016 12:30 DünyaAmerikada maşınını qadağan olunmuş ərazidə park edən sürücülərə qəribə cəza üsulu tətbiq ediləcək.
"Milliyet" bildirir ki, qadağaya məhəl qoymayan sürücülərin maşınlarının ön şüşəsinə iri, sarı lövhə vurulacaq. Bu lövhə şüşənin bütün hissəsini tutacaq və üzərində siqnalizasiya olacaq. Sürücü lövhəni qoparmaq istədiyi anda siqnalizasiya işə düşəcək.
Qeyd edək ki, lövhəni götürüb yoluna davam etmək istəyənlər telefon vasitəsi ilə cəriməni ödəməli, sonra telefonuna gələn kodla lövhəni açmalıdır. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31