Bu ölkə FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verdi
Malayziya Fətullahçı Terror Təşkilatının (FETÖ) üç üzvünü Türkiyəyə təhvil verib.
14 Oktyabr 2016 18:55 DünyaMalayziya Fətullahçı Terror Təşkilatının (FETÖ) üç üzvünü Türkiyəyə təhvil verib.
Report bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, ötən həftə Malayziyanın baş naziri ilə Tailandın paytaxtı Banqkok şəhərində keçirilmiş Asiya Əməkdaşlıq Dialoq Assambleyasının toplantısı çərçivəsində görüşü olub:
"Mənə 3 nəfəri təhvil verəcəklərini bildirdilər. Bununla bağlı prezidentimizə, baş nazirimizə məlumat verdim. Qarşılıqlı təmaslardan sonra oktyabrın 13-də FETÖ üzvlərini Türkiyəyə təhvil verdilər. Banqkokdakı tədbirə də onlardan biri sızmışdı, müdaxiləmizdən sonra bayıra çıxartdılar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31