Serial çəkilişi zamanı aktrisa ölümdən döndü
"Kertengele: Yeniden doğuş" serialının aktrisası Asena Tuğal çəkiliş meydançasında ölümdən dönüb.
14 Oktyabr 2016 19:43 Dünya"Kertengele: Yeniden doğuş" serialının aktrisası Asena Tuğal çəkiliş meydançasında ölümdən dönüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa hovuz səhnəsində donma təhlükəsi ilə üzləşərək hipoterm keçirib.
Suyun dibinə gedən və çətinliklə hovuzdan çıxarılan aktrisa huşunu itirib. Daha sonra həkimlərin müdaxiləsi ilə özünə gələn Asena çətinliklə də olsa, səhnənin öhdəsindən gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31