Kreml: Rusiya Türkiyəyə raket hücumundan müdafiə sistemi sata bilər

Rusiya Türkiyənin raket hücumundan müdafiə sistemi ilə təmin edilməsi imkanlarını nəzərdən keçirə bilər.

Rusiya Türkiyənin raket hücumundan müdafiə sistemi ilə təmin edilməsi imkanlarını nəzərdən keçirə bilər.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Vladimir Putinin Türkiyə səfəri zamanı hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub: "Görüşdə müxtəlif raket hücumundan müdafiə sistemləri nəzərdən keçirilib. Türkiyə tərəfinin istəyi əsasında Rusiya o sistemlərin Türkiyəyə satılması məsələsini nəzərdən keçirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31