Ərdoğandan Hillari Klintonun bəyanatına SƏRT REAKSİYA

İŞİD-ə qarşı koalisiya qüvvələri Suriyada nə üçün PKK-nın qolu PYD, onun silahlı qanadı YPG ilə birgə hərəkət edir? Biz özümüz bu işi birlikdə bacararıq. 

İŞİD-ə qarşı koalisiya qüvvələri Suriyada nə üçün PKK-nın qolu PYD, onun silahlı qanadı YPG ilə birgə hərəkət edir? Biz özümüz bu işi birlikdə bacararıq. 

APA bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən mitinqdə çıxışında deyib. 
 
R. T. Ərdoğan ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun prezident seçiləcəyi təqdirə, PYD-yə silah verməyə davam edəcəklərini bəyan etməsinə də toxunub: "Bu açıqlamanı təəssüflə qarşılayıram. Sənin NATO-da ortağın PKK, PYD, YPG-dir, yoxsa Türkiyə? Əgər müttəfiqin Türkiyədirsə, Türkiyə ilə bir masaya əyləşəcəksən və birgə addım atacaqsan. Terror təşkilatları ilə mübarizə aparırsınızsa, birgə hərəkət edə bilərik. Ancaq İŞİD-lə mübarizə adı altında Suriya və İraqda həyata keçirilməyə çalışılan plan fərqlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31