Türkiyədə 2 partlayış: yaralı əsgərlər var
Bu gün səhər saatlarında Türkiyənin 2 fərqli ərazisində mina partlayıb. "Hürriyet" xəbər verir ki, Hakkarinin Şemdinli mahalında PKK terrorçuları tərəfindən yerə döşənilmiş minanın hərbi avtomobilin keçidi zamanı partladılması nəticəsində, ilkin məlumatlara görə, 4 əsgər yaralanıb.
14 Oktyabr 2016 11:22 DünyaBu gün səhər saatlarında Türkiyənin 2 fərqli ərazisində mina partlayıb.
"Hürriyet" xəbər verir ki, Hakkarinin Şemdinli mahalında PKK terrorçuları tərəfindən yerə döşənilmiş minanın hərbi avtomobilin keçidi zamanı partladılması nəticəsində, ilkin məlumatlara görə, 4 əsgər yaralanıb.
Milli.Az "Star" qəzetinə istinadla bildirir ki, Vanın Başkale mahalında da mina partlayıb. Nəticədə 2-sinin vəziyyəti ağır olmaqla, 8 əsgər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31