Uşakov: "Ermənistana silah verməyimizdə Azərbaycan üçün gözlənilməz heç nə yoxdur"

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Ermənistanı silahla təchiz etməsinin səbəblərini açıqlayıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Ermənistanı silahla təchiz etməsinin səbəblərini açıqlayıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqi olduğundan tərəfdaşları ilə razılaşdırdığı silah növlərini tədarük etmək hüququ var.

"Burada heç kim üçün, o cümlədən azərbaycanlı tərəfdaşlarımız üçün gözlənilməz heç nə yoxdur. Bildiyiniz kimi Azərbaycana da silah tədarük olunur", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31