Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda ArmHiTec-2016 sərgisində Rusiyanın “Rostex və “Qosoboroneksport” dövlət şirkətlərinin nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov deyib.

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda ArmHiTec-2016 sərgisində Rusiyanın "Rostex və "Qosoboroneksport" dövlət şirkətlərinin nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov deyib.

O bildirib ki, İrəvanda keçirilən sərgidə Rusiya hərbi texnikasının ən yaxşı nümunələri nümayiş olunacaq: "Bu sərgilər Rusiyanın müasir silahlarının ən yaxşı nümunələrini nümayiş etdirmək, xarici tərəfdaşlarımızın siyahısını genişləndirmək, Rusiyanın Ermənistan və digər ölkələrlə hərbi-texniki əməkdaşlığını gücləndirmək baxımından yaxşı imkandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31