"Əllərini bədənimin hər yerinə toxundururdu"

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampla bağlı daha bir sensasion məlumat yayılıb. Azvision.az bildirir ki, məlumatda Trampın qadınlara cinsi təcavüz etdiyi iddia edilir. 45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: "O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi".

Trampın adı təcavüz qalmaqalında 

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampla bağlı daha bir sensasion məlumat yayılıb.

Azvision.az bildirir ki, məlumatda Trampın qadınlara cinsi təcavüz etdiyi iddia edilir.

45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: "O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi".

Lidsin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonra Tramp onun sinə nahiyəsinə toxunub və əlini onun ətəyinin altına keçirməyə çalışıb. 

Əmlak şirkətində resepşnda çalışan 22 yaşlı Reyçel Kroks da Trampın təcavüzünə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, prezidentliyə namizəd liftdə gözlənilmədən onun dodağından öpüb. 

Hadisənin 2005-ci ilində baş verdiyini deyən Kroks buna görə çox üzüldüyünü söyləyib.

Trampın vəkilləri iddiaların yalan olduğunu, qadınların məhkəməyə veriləcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31