Nigeriyada partlayış nəticəsində 8 nəfər ölüb
Nigeriyanın Borno ştatının inzibati mərkəzi olan Mayduquri şəhərində baş verən partlayış zamanı 8 nəfər ölüb.
12 Oktyabr 2016 18:36 DünyaNigeriyanın Borno ştatının inzibati mərkəzi olan Mayduquri şəhərində baş verən partlayış zamanı 8 nəfər ölüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə partlayıcı qurğu yerləşdirilmiş avtomobilin maşın karvanında olan taksiyə çırpılması nəticəsində baş verib. Xəsarət alanların sayı 10-20 nəfər arasında dəyişir.
Hələlik regionda mövcud olan qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31