Fahriye və Aslıdan iddialara cavab
Murad Bozun sevgilisi Aslı Enver və Burak Özçivitin sevgilisi Fahriye Evcen arasında reklam qonorarı üstündə dava düşdüyü iddia edilmişdi.
12 Oktyabr 2016 19:36 DünyaMurad Bozun sevgilisi Aslı Enver və Burak Özçivitin sevgilisi Fahriye Evcen arasında reklam qonorarı üstündə dava düşdüyü iddia edilmişdi.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisaların davasının yaxın dost olan Murad və Burakın da münasibətlərinin bitməsinə də səbəb olduğu bildirilirdi.
İddialara Aslı və Fahriyenin cavabı gecikməyib. Onlar Tvitter hesablarında bir-birilərinə "ürək" göndərərək hər şeyin yaxşı olduğunu nümayiş etdiriblər.
F.Evcen daha sonra paylaşımın ekran görüntüsünü İnstaqramdakı izləyiciləri ilə bölüşüb və Aslı Enveri "tag" edərək "Səni sevirəm körpəm" yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31