Ermənistanın baş bankiri istefaya göndərilir

Ermənistanda keçirilən kadr islahatları yaxın vaxtlarda Mərkəzi Banka (MB) da çatacaq. Azvision.az bildirir ki, MB rəhbəri Artur Cavadyanın istefa verəcəyi gözlənilir.

Ermənistanda keçirilən kadr islahatları yaxın vaxtlarda Mərkəzi Banka (MB) da çatacaq.

Azvision.az bildirir ki, MB rəhbəri Artur Cavadyanın istefa verəcəyi gözlənilir.

"Cavadyan 2008-ci ilin mayından MB-yə rəhbərlik edir və professional kadr hesab olunur. O, bu banka Tiqran Sarkisyanın baş nazir təyin olunmasından sonra rəhbərlik etməyə başlayıb. 2014-cü ilin mayında Cavadyan yenidən sədr təyin olunub, onun səlahiyyətlərinin bitməsinə 3 il yarım vaxt qalıb. Ermənistan qanunvericiliyinə görə, baş bankiri ölkə parlamenti 6 il müddətinə təyin edir və həmin şəxs iki dəfədən artıq seçilə bilməz. Biz bu məlumatı MB-nin mətbuat xidməti Aryutun Berberyandan dəqiqləşdirməyə çalışdıq. O isə açıqlamasında bu məlumatı şayiə adlandırıb və şərh etməyib". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31