Qazaxıstandan neft hasilatı ilə bağlı QƏRAR

Qazaxıstanın qarşısında neft hasilatını azaltmaq məsələsi durmur. Report bildirir ki, bu açıqlamanı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev verib.

Qazaxıstanın qarşısında neft hasilatını azaltmaq məsələsi durmur.

Report bildirir ki, bu açıqlamanı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev verib.

Nazir jurnalistlərə açıqlamasında Qazaxıstanı İstanbulda keçirilən OPEC ölkələrinin qeyri-formal görüşündə bu ölkədəki səfirinin təmsil edəcəyini bildirib: "Qazaxıstanın gündəliyində bu gün hasilatı azatmaq məsələsi yoxdur".
Xatırladaq ki, Qazaxıstan 2016-cı il üçün neftin orta illik qiymət proqnozunu 30 dollardan 35 dollar/barelə qaldırıb. Həmçinin, bu ölkənin milli iqtisadiyyat naziri Kuandık Bişimbayev bu il Qazaxıstanın neft hasilatı proqnozunu 74 mln. tondan 2,02% artımla 75,5 mln. tona yüksəltdiyini bildirib. Buna səbəb kimi o, "Kaşaqan" neft yatağının tezliklə işə salınacağını göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31