200 zəhərli ilan qaçdı: şəhər əhalisi qorxu içində - VİDEO

Çində qeyri-qanuni yolla ilan saxlanılan bir bağdan 200-dən çox zəhərli ilan qaçıb. Səlahiyyətlilər dünyanın ən təhlükəli ilan növü olan "təkgöz" kobraların tapılması üçün həyəcan təbili çalıb və xalqdan diqqətli olmağı xahiş ediblər.

Haberler.com bildirir ki, səlahiyyətlilər hadisədən ancaq bazar ertəsi evində ilan aşkar edib öldürən bir kəndlinin şikayətindən sonra xəbər tutublar.

Araşdırma sonrası məlum olub ki, təxminən 200 ilan qaçıb. Artıq onlardan 150-sinin tutulduğu bildirilib.

Yerli hökumət baş verəcək istənilən xoşagəlməz olayın qarşısını vaxtında almaq üçün Şanxaya çox sayda zərdab gətirildiyini, təcili yardım briqadalarının hazır vəziyyətdə gözlədiyini açıqlayıb.

Qeyri-qanuni ilan saxlamaqla məşğul olan 52 yaşlı Çinq Guorong polislər tərəfindən saxlanılıb. 

Qeyd edək ki, boyunlarının arxasındakı gözə bənzəyən halqaya görə "təkgöz" adlandırılan kobralar dünyanın ən zəhərli ilanlarından sayılır. Kobralar sinir sisteminin iflic olmasına gətirib çıxaran zəhərləri ilə qurbanlarını bir neçə saniyədə öldürür. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31