Məscidə donuz kəlləsi atdılar

Fransanın Nitsa şəhərindəki "Ən Nur" məscidinin giriş qapısının önünə naməlum şəxslər donuz kəlləsini və dərisini atıblar.

Fransanın Nitsa şəhərindəki "Ən Nur" məscidinin giriş qapısının önünə naməlum şəxslər donuz kəlləsini və dərisini atıblar.

Milli.Az BFMTV-yə istinadən bildirir ki, məscidin imamının dediyinə görə, donuzun başı və dərisini görən kimi polisə zəng vurub: "Polislər gəldilər, hər şeyi qeydə aldılar, donuz başını və dərisini apardılar. Ciddi təhqiqat keçirilməsini tələb edirik".

Hazırda məscid qapalıdır. Şəhər meriyası "Ən Nur" məscidinin Səudiyyə Ərəbistanından maliyyələşdirilməsindən şübhələnərək bu məscidə namaz qılınmasını, ibadət və ayinləri yasaqlayıb.

"Ən Nur" məscidinə artıq ikinci dəfədir ki, donuz başı atılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31