Çatda amerikalı qızla söhbətləşdiyi üçün səudiyyəli yeniyetməyə 5 il həbs cəzası veriləcək
Səudiyyə Ərəbistanında yaşayan Əbu Sin adlı yeniyetmə amerikalı qızla oinlayn-çatda flirtə görə 5 il həbs cəzası alacaq.
11 Oktyabr 2016 15:05 DünyaSəudiyyə Ərəbistanında yaşayan Əbu Sin adlı yeniyetmə amerikalı qızla oinlayn-çatda flirtə görə 5 il həbs cəzası alacaq.
Virtualaz.org "The Washington Post" nəşrinə istinadən yazır ki, yeniyetmə zarafat xatirinə 21 yaşlı amerikalı Kristina Krokettə ona ərə gəlməsini təklif edib.Cavab olaraq qız barmağında nişan üzüyü şəkli çəkib və sevgisini etiraf edib. Bundan sonra cütlük bir neçə dəfə də videoəlaqə vasitəsilə ünsiyyətdə olub. Sonradan Krokett söhbətlərinin videoyazısını YouTube videohostinqinə yerləşdirib.
Nəticədə, Səudiyyə Ərəbistanının dini polisi Əbu Sini mənəviyyatdan kənar hərəkətinə görə həbs edib. Hazır yeniyetmə məhkəməsini gözləyir.