İŞİD itirə-itirə gedir

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı ağır zərbələr alaraq itkilərini sıralamağa davam edir.

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı ağır zərbələr alaraq itkilərini sıralamağa davam edir.

Terror təşkilatının 2015-ci ildə İraq və Suriyada ələ keçirdiyi ərazilərin 27,9 faizini hissəsi azad olunub.

Milli.Az ABC-yə istinadən bildirir ki, İŞİD əvvəllər 90800 kvadratkilometrə nəzarət edirdisə, hazırda bu ərazilərin ümumi sahəsi 65500 kvadratkilometrə bərabərdir.

İŞİD-in İraqda ələ keçirdiyi ən böyük yaşayış məntəqəsi, ölkənin 2-ci ən böyük şəhəri Mosulun azad olunması üçün genişmiqyaslı əməliyyatınsa hazırlıqları sürətlə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31