İstanbulda partlayış: 5 yaralı - YENİLƏNİB - VİDEO
İstanbulda Polis Mərkəzi yaxınlığında törədilən terrorun necə baş verməsi ilə bağlı ilkin ehtimallar var.
6 Oktyabr 2016 18:07 Dünyaİstanbulda Polis Mərkəzi yaxınlığında törədilən terrorun necə baş verməsi ilə bağlı ilkin ehtimallar var.
Milli.Az milliyət-ə istinadən xəbər verir ki, terrorçu hadisə yerinə motosikletlə gəlib. Başında kaska, əynində qırmızı gödəkcə olub. Partlayış da məhz onun motosikleti qoyub getdiyi yerdə baş verib.
***
İstanbulda Polis Mərkəzi yaxınlığında törədilən terror aktında 5 nəfər yaralanıb.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. Yaralıların hamısı xəstəxanalara çatdırlıblar.
Partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb.
Polisin partlayışı törətməkdə şübhəli sayılan 1 nəfəri axtardığı bildirilir.
Məlumatda o da bildirilir ki, eyni Polis Mərkəzi 2012-ci ildə də terror hücumuna məruz qalıb.
***
İstanbulda partlayış olub.
Trend bildirir ki, partlayışın polis idarəsinin yaxınlığında qeydə alındığı deyilir.
Hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb olunub.