Kreml: Suriyada problemləri ABŞ-sız həll etmək mümkün deyil

“Moskva Suriya məsələsində Vaşinqtonla əməkdaşlığa açıqdır. Rusiya hesab edir ki, Suriya Ərəb Respublikasında ABŞ-la qarşılıqlı fəaliyyət olmadan terrorçuluqla effektli mübarizə aparmaq, problemləri həll etmək mümkün deyil. Lakin əsas problem bizim amerikalı tərəfdaşlardadır”.

"Moskva Suriya məsələsində Vaşinqtonla əməkdaşlığa açıqdır. Rusiya hesab edir ki, Suriya Ərəb Respublikasında ABŞ-la qarşılıqlı fəaliyyət olmadan terrorçuluqla effektli mübarizə aparmaq, problemləri həll etmək mümkün deyil. Lakin əsas problem bizim amerikalı tərəfdaşlardadır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Tərəflər arasında əməkdaşlığı bərpa olunmasının mümkünlüyü ilə bağlı suala Kreml rəsmisi "bunu amerikalı tərəfdaşlarımızdan soruşmaq lazımdır", - deyə cavab verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31