Ebrunun Rzadan tələbi: 50 milyon, Bodrumdakı villa, Mayamidəki ev

2009-cu ildən yaranan Ebru Gündeş - Rza Zərrab sevgisi 2010-cu ildə evliliyə çevrilmişdi. 41 yaşlı Ebru Türkiyə vətəndaşı 34 yaşlı Rza Zərrab ilə ailə həyatı qurmuşdu. İfaçı artıq 6 aydır Amerikada həbsdə olan ərindən boşanmaq qərarına gəlib.

Ebru bu haqda deyib: "4 ildir dözürəm, amma dayanmağa gücüm qalmayıb".

Rza da öz növbəsində "Ebru sıxıntılı günlərimdə boşanmaq istəyir. Mən də üzülərək boşanıram" deyib.

Ebru Gündeş tələb etdiklərini qızı üçün istədiklərini deyib: "Özüm üçün bir qəpik də istəmirəm. Amma qızımın gələcəyini düşünürəm".

İddiaya görə ifaçı Rzanın 50 milyon TL-lik təklifinin az olduğunu vurğulayıb. Bodrumdakı villa və Mayamidəki evi də istəyib.

"60 il davam edəcək" deyilən evlilikdən cütlüyün bir qızı var. (azxeber.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31