İŞİD balaca terrorçularını göstərdi

"Onlar hələ uşaqlardır. Amma bir qədər sonra böyüyəcək və inşallah, Xilafətin şirləri olacaqlar. Onlar Dəməşq, Bağdad, Qüds, Məkkə, Mədinə, Dəbiq, Roma və Əndəlüsü fəth edəcəklər".

"Onlar hələ uşaqlardır. Amma bir qədər sonra böyüyəcək və inşallah, Xilafətin şirləri olacaqlar. Onlar Dəməşq, Bağdad, Qüds, Məkkə, Mədinə, Dəbiq, Roma və Əndəlüsü fəth edəcəklər".

MEMRİ bildirir ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı "Xilafət övladları" adlı yeni video yayıb.
Sırf terrorçuluq təbliğatı məzmunlu olan bu video Suriyanın Deyr əz Zor bölgəsində, İŞİD-in "Vilayət əl Xeyr" adlandırdığı məkanda çəkilib.

Qalmaqal: müsəlman model onu qucaqlayanı vurdu - VİDEO

Videoda İŞİD-in uşaqlara keçdiyi "təlim-tərbiyə" prosesindən bəhs olunur.

"Biz bu uşaqların qəlblərində əsl islamın olmasına sevinirik və bilirik ki, onlar Allahın hökmü ilə kafirlərə qarşı vuruşacaqlar. Cihadımızda hamımız şəhid olsaq belə, bu uşaqlar cihad bayrağını uca tutacaq və başladığımız işləri başa vuracaqlar. Vallahi ki, bu uşaqların sayəsində kafirlərin Şeytanın pıçıltılarını unutmalarına səbəb olacağıq", - videoda deyilir. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31